Karmona: Azərbaycan çempionu İspaniya səviyyəsində deyil
15.11.2011 - 12:39
Karmona: Azərbaycan çempionu İspaniya səviyyəsində deyil
“Biz çox gözəl bilirik ki, Azərbaycanın “Araz” klubu UEFA reytinqində üçüncüdür. Çexiya “Xrudim”i 7-ci, Hollandiya “Eyndhoveni isə 22-ci yerdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” futzal klubunun baş məşqçisi Mark Karmona deyib.

O, noyabrın 17-də start götürəcək UEFA kubokunun elit raundunun İspaniyadakı qrup oyunları haqda danışıb: “Çexiya yığmasının özəyini “Xrudim” təşkil edir. “Araz”ın baş məşqçisi Joze Alesio isə böyük istedaddır. Amma nə qədər istedadlı olsa da, onlar İspaniya liqasının səviyyəsində deyil. “Xrudim”i də yaxşı tanıyıram. “Eyndhoven” haqda o qədər geniş məlumatımız yoxdur. Yalnız onların təsnifat mərhələsindəki oyunlarını izləmişik”.
0