Əfsanəvi məşqçilər Berti Foqtsa həsəd aparır
15.11.2011 - 13:01
Əfsanəvi məşqçilər Berti Foqtsa həsəd aparır
Almaniya milli komandasının tarixində ən yaxşı baş məşqçinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya Bundestimin hazırkı çalışdırıcısı Yoahim Löv başçılıq edir.

Onun rəhbərliyi altındakı 74 oyunda 51 qələbə, 13 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb. Bu isə o deməkdir ki, qələbəyə görə 3 xal prinsipi ilə Löv orta hesabla hər matçda 2,24 xalın qazanılmasını görüb.

1990-1998-ci illərdə yığmaya rəhbərlik edən Berti Foqts isə 2,18 xalla 2-ci nəticəyə malikdir. Azərbaycan milli komandası ilə bir sıra rekordlar müəyyənləşdirən almaniyalı futbol əfsanəsi 103 yaşlı Bundestimin tarixindəki digər bütün çalışdırıcıları arxada qoyub.

Yupp Derval (2,15), Helmut Şon (2,10), Zepp Herberger (1,85), Frans Bekkenbauer (1,85) kimi əfsanəvi məşqçilər də Lövlə Foqtsa həsəd apara bilər.