Türkiyəli məşqçi Azərbaycan çempionatına əşya atdı
15.11.2011 - 13:36
Türkiyəli məşqçi Azərbaycan çempionatına əşya atdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda I divizion və uşaq liqalarında baş verən xoşagəlməz hadisələr müzakirə olunub.

Komitə ötən həftənin ən xoşagəlməz hadisələrindən birinə də hüquqi qiymət verib. Söhbət I divizionunun X turunun “Lokomotiv” – “Bakılı” matçında yaşanan hadisədən gedir. Belə ki, matçın 45-ci dəqiqəsində “Lokomotiv”in cəzalı olan baş məşqçisi İbrahim Uzunca meydançaya kənar əşya atıb. Buna görə türkiyəli çalışdırıcı yenidən 1 oyunluq cəzalanıb və “dəmiryolçular”ı 200 manat ziyana salıb.