Milli komanda yoldaşlıq görüşünü boykot etdi
15.11.2011 - 14:05
Bu gün Afrikada keçirilməli olan yoldaşlıq görüşlərindən biri baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, “qara qitə”də ilin ən yaxşı futbolçusu seçilən Samuel Eto’Onun kapitanı olduğu Kamerun yığması Əlcəzair milli komandası ilə oyunu boykot etməyi qərara alıb. Buna səbəb kamerunlu futbolçulara LG Cup turnirində qələbəyə görə mükafatların verilməməyidir. Əlcəzair Futbol Federasiyası rəqibin bu addımını pisləyib. Onlar Kamerun yığmasının futbolçularının hərəkətini idmançıya yaraşmayan adlandırıblar.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0