Yığmamız Maltada təlim-məşq toplanışı keçəcək
15.11.2011 - 14:55
Yığmamız Maltada təlim-məşq toplanışı keçəcək
Azərbaycan milli komandası noyabrın 17-dən dekabrın 5-dək Maltada təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı Sissi Raytın baş məşqçisi olduğu 17 yaşlı qızlardan ibarət yığmamız paytaxt Valettada 4 yoxlama oyunu keçirəcək.

23 noyabr
Hamrun Spartans U-17 – Azərbaycan U-17

25 noyabr
Malta U-17 – Azərbaycan U-17

29 noyabr
Hibernians U-17 – Azərbaycan U-17

2 dekabr
Malta U-17 – Azərbaycan U-17
Qeyd edək ki, yığmamızın bu toplanışı gələn il ölkəmizdə iştirak edəcəkləri dünya çempionatının final mərhələsinə hazırlıq xarakteri daşıyır.

Mənbə: affa.az
0