Manuel Noyerin evi qarət olundu
15.11.2011 - 15:33
Almaniya millisinin qapıçısı Manuel Noyer qarət olunub. Apasport.az saytının məlumatına görə, oğrular qolkiperin ölkədən kənarda olmasından yararlanaraq, onun Münhendəki mənzilinə hücum ediblər. Polis faktı bu gün təsdiqləyib. Oğrular pəncərədən mənzilə daxil olub və qiymətli əşyalar aparıblar. Bunlar saat və bir neçə min avro dəyərində olan zinət əşyalarıdır. Noyer hadisə ilə bağlı jurnalistlərə açıqlama verməkdən imtina edib.
0
0