Azərbaycan çempionu Karvalyonu sifariş etdi
15.11.2011 - 15:56
Azərbaycan çempionu Karvalyonu sifariş etdi
Futzal üzrə UEFA kubokunun elit-raundunda çıxış edəcək “Araz” klubunun iştirak ərizəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi UEFA-ya göndərdiyi sənəddə 12 oyunçunu sifarış edib. Bunlar Andrey Tveryankin, Marat Salyanski, Junior Rosenkler De Karvalyo, Tyaqo Qabriel Rodriqes Pas, Rafael Quantanilya Fuste, Namiq Məmmədkərimov, Amadeu Fernandes Da Silva Sorbinyo, Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə, Duqlas Vilyan De Sa, Jadder Dantas və Vitali Borisovdur.

Qeyd edək ki, “Araz” noyabrın 17-də Bakı vaxtı ilə saat 21:30-da Hollandiyanın “Eyndhoven”, ertəsi gün saat 21:45-də Çexiyanın “Xrudim” klubu ilə görüşəcək. Noyabrın 20-də saat 20:00-da isə təmsilçimizin rəqibi meydan sahibi İspaniya “Barselona”sı olacaq.