“İnter” bolqarıstanlılara arxa çevirdi
15.11.2011 - 16:46
Şərqi Avropa Liqasının yaradılması ilə bağlı bu gün Bolqarıstanda keçirilən yığıncaq istənilən effekti verməyib. Apasport.az saytının məlumatına görə, Sofiya MOİK-inin təşəbbüsü ilə təşkil olunan tədbirə 12 ölkə klubları dəvətli olsa da, qonaqlar təşəbbüsə barmaqarası yanaşıblar.
Belə ki, tədbirdə Azərbaycanı təmsil etmək üçün Bolqarıstana dəvət olunan “İnter”in prezidenti Georgi Nikolov, həmçinin digər qonaq ölkələr yığıncağa qatılmayıb. Tədbirdə yalnız 5 bolqar və 2 qonaq klub iştirak edib.
Bunlar yerli MOİK, “Beroe”, “Lokomotiv” (Sofiya), “Levski”, “Lokomotiv” (Plovdiv), həmçinin Serbiya “Srvena Zvezda”sı və Rumıniya “Styaua”sıdır. Liqa ilə bağlı müzakirələrə qatılmayanların növbəti yığıncaqda iştirak edəcəyinə ümidli olan təşkilatçılar yeni yarışın hansı formada keçiriləcəyini də açıqlayıb. Belə ki, 32 komandanın 8 qrupda oynayacağı və “Sponsorlar kuboku” adlanan yarışda öz ölkələrində 5-6 yerləri tutmaqla, Çempionlar Liqası və Avropa Liqasında kənar qalan komandalar oynayacaq. Həmçinin, avrokuboklarda qrupa düşməyən Şərqi Avropa təmsilçilərinin də bu yarışa dəvət olunacağı gözlənilir.
Bolqarıstan MOİK-in təşəbbüsü ilə yaradılacaq liqanın bu ölkə ilə yanaşı, Yunanıstan, Rumıniya, Serbiya, Türkiyə, Rusiya, Moldova, Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan və Ukrayna klublarını birləşdirəcəyi planlaşdırılmışdı.

0
0