Bu dəfə darmadağından qaça bilmədik
15.11.2011 - 17:48
Bu dəfə darmadağından qaça bilmədik
Bu gün Azərbaycan və Almaniyanın 17 yaşlılardan ibarət yığmaları arasında 2-ci yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda 3 gündə baş tutan 2-ci oyun da qonaqların qələbəsi ilə nəticələnib – 4:0. Komandamız hər hissəsi 40 dəqiqədən ibarət oyunda qolları 6, 11, 38 və 44-cü dəqiqələrdə buraxıb.

Əgər almanlarla ilk oyunda sonda vurduğumuz qolla böyük hesablı məğlubiyyətdən qaça bilmişdiksə (1:3), bu dəfə ona nail ola bilmədik. Artıq fasiləyə hesabda 3:0 irəlidə yollanan rəqibin Təbriz Həsənovun çalışdırdığı yığmamız üzərində budəfəki qələbəsi daha inamlı olub.