“Məhz Çernoqoriya – Çexiya cütündə sonadək aydınlıq yoxdur”
15.11.2011 - 18:15
Avro-2012-in pley-off oyunları ilə bağlı ekspert rəyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, futbol şərhçisi Doktor Ziya bu gün keçiriləcək matçlar arasında Çernoqoriya-Çexiya görüşünü seçib: “Gözlənilməz seçimdir, deyəcəksiniz. Bəlkə də.
Ancaq risk edib deyərdim ki, məhz bu cütdə sonadək aydınlıq yoxdur. Praqadakı ilk matça idim. Açığını deyim, 1996-dan bəri bu cür zəif Çex yığmasını görməmişəm. Nedved, Koller və digərlərin vaxtında bu yığma güclü idi. İndisə... Rositski, Baroş, Çex – adlara baxmayaraq gözlənilən oyunu göstərmirlər”.
Şərhçi ilk oyunda səfərdə 0:2 hesabı ilə uduzmağına baxmayaraq, Çernoqoriya yığmasının final mərhələsinə çıxmağa daha şanslı sayır: “Çexlərin ilk matçda 2:0-lıq qələbələrini təsadüf hesab edirəm. Yalnız bəxtsizlik və təcrübəsizlik Çernoqoriyanın zəif yerləridir – bu ölkə UEFA-nın ən cavan üzvüdür. Orada yaşayanlar ölkələrini Çrna Qora (Qara Dağ) adlandırırlar və “çeşskalara” (çexlərə) cavab oyunda “qara gün” yaşatmaq əzmindədirlər. Çernoqoriyanın ən ciddi “silahı” – “Yuventus”lu Marko Vuçiniç ilk oyunda yox idi. İndi olacaq. Və 2:0 3:0 deyil ki, “ağ bayraqları” qaldırasan. Ona görə, Çernoqoriya qələbə variantını seçirəm!”.

0
0