Hiddink Zaqrebdəki oyunun start heyətində 8 dəyişiklik edib
15.11.2011 - 18:43
Türkiyə yığmasının Avro-2012-in pley-off mərhələsində Xorvatiya milli komandası ilə bu gün səfərdə keçirəcəyi cavab görüşünə start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin yığmasının baş məşqçisi Qus Hiddink qapıda Sinan Bolat, müdafiədə Sərkan Balçı, Ömər Torpak, Egemen Korkmaz, İsmayıl Köybaşı, yarımmüdafiədə Səlcuk Şahin, Hamit Altıntop, Səlcuk İnan, Caner Erkin, hücumda Umut Bulut, Kazım Kazıma yer verəcək.
0:3 hesabı ilə uduzduğu ilk matçdan sonra əsas heyətdə böyük dəyişiklər edən Hiddink 8 futbolçunu kənarda qoymalı olub. Bunlardan kapitan Əmrə Belözoğlu, Arda Turan, Hakan Balta, Səbri Saroğlunun cəza üzündən Zaqrebə gətirilmədiyi əvvəldən məlum idi. Hollandiyalı mütəxəssis ev matçında start heyətində yer alan qapıçı Volkan Dəmirəl, müdafiəçilər Gökhan Könüllə Giray Kaçara səfərdə ilk dəqiqələrdən şans verməyəcək. Hücumçu Burak Yılmaz isə zədə üzündən ümumiyyətlə, bu gün oynamayacaq. Hiddink Egemen, İnan və Altıntopa yenə əsas heyətdə güvənəcək. Həmit Əmrənin yoxluğunda kapitan sarğısını daşıyacaq.

0
0