“Azərbaycan yığması güclü rəqibdir”
16.11.2011 - 00:02
“Azərbaycan yığması güclü rəqibdir”. Apasport.az saytının xəbərinə görə, bunu “Berlin Union” klubunun baş məşqçisi Uve Neyxaus deyib.
Millimizlə yoxlama matçında komandasının 1:0 hesablı qələbəsinə sevinən alman çalışdırıcı bildirib ki, yetirmələri ilk yarıda daha yaxşı oynadığından, hesabı açmağa nail olublar: “Birinci hissədə yaxşı oynadıq. Bunun sayəsində hesabı açdıq. Qələbə qazansaq da, bəxtimiz gətirdi. Rəqibin ikinci hissədə hesabı dəyişmək üçün bir neçə imkanı olsa da. bundan yararlana bilmədi. Ümid edirəm ki, bu yoxlama matçı hər iki komanda üçün uğurlu olacaq”.

0
0