“Bakı”nın futbolçusu imtahana vaxtında buraxılmadı
16.11.2011 - 09:32
“Bakı”nın futbolçusu imtahana vaxtında buraxılmadı
“Bakı” klubunun futbolçusu Uinston Parksın şərəfini qoruduğu Kosta-Rika yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalılar dünya və Avropa çempionu İspaniya qarşısında imtahan veriblər. Matçda 2:0 hesabı ilə önə keçən Kosta-Rika futbolçuları bu üstünlüyü qoruya bilməyiblər. David Silva və David Vilyanın qolları avropalıları məğlubiyyətdən xilas edib – 2:2. “Bakı”nın futbolçusu bu qarşılaşmada meydana, dünya çempionu qarşısındakı imtahana start heyətinə buraxılmayıb. O, yalnız 65-ci dəqiqədə Joel Kempbelli əvəzləyib.