“Qarabağ”ın futbolçuları yenə qələbə görmədi
16.11.2011 - 09:47
“Qarabağ”ın futbolçuları yenə qələbə görmədi
“Qarabağ”ın futbolçuları Admir Teli və Ansi Aqolli Albaniya yığmasında növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, noyabrın 11-də Azərbaycana qarşı (0:1) forma geyən albaniyalılar bu dəfə Makedoniya ilə görüşüb. Qolsuz heç-heçə ilə nəticələnən qarşılaşmada “Qarabağ”ın hər 2 futbolçusu forma geyib. Start heyətində meydana çıxan cütlük 90 dəqiqə əvəzolunmadan meydanda olub.