İker Kasilyas Bakıda oynamasaydı...
16.11.2011 - 10:08
İker Kasilyas kapitanı olduğu İspaniya milli komandasının yeni rekordçusu olub. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının da əsas qapıçısı Kosta-Rika yığması ilə 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə yığmasının heyətində 127-ci oyununu keçirib. Bununla da Kasilyas əvvəlki rekordçu Antoni Subisarettanı qabaqlayıb. Maraqlıdır ki, o da İspaniya yığmasının uzun illər qapısını qoruyub. Artıq xeyli vaxtdır karyerasını bitirən Subisaretta futbolçu həyatının böyük hissəsini keçirdiyi “Barselona”nın rəhbərliyində yer alıb ki, bu, Kasilyasın klubunun əzəli rəqibidir.
Qeyd edək ki, İkerin millidəki oyunlarından biri 2009-cu ilin iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə yoldaşlıq görüşü (6:0) olub. Göründüyü kimi, 30 yaşlı qapıçı həmin qeyri-matçda oynamasaydı (ilk 45 dəqiqədə meydanda olub), yeni rekordçu olmaq üçün bir müddət də gözləməli olacaqdır.

0
0