Qus Hiddink: Türkiyə yığmasından getdim
16.11.2011 - 10:26
Qus Hiddink: Türkiyə yığmasından getdim
Qus Hiddink Türkiyə milli komandasının baş məşqçisi postunda fəaliyyətini başa vurduğu rəsmən təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı hollandiyalı mütəxəssis Avro-2012-in pley-off mərhələsində Xorvatiya yığması ilə səfərdəki qolsuz bərabərlikdən sonra açıqlamasında vəzifəsindən getdiyini bildirib. Hiddink bir müddət fasilə götürmək fikrində olduğunu söyləyib: “Bu, Türkiyə yığmasının baş məşqçisi kimi son oyunum idi. Bundan sonra necə olacağını bilmirəm. İndiki vəziyyəti təhlil etmək üçün bir müddət fasilə götürmək istəyirəm. Həm də yaş öz sözünü deyir. Ancaq bu, o demək deyil ki, karyeramı bitirəcəyəm. Ola bilsin ki, daha heç kimi çalışdırmadım, məsləhətçi rolunda çalışmağı üstün tutdum”.

Qeyd edək ki, Hiddink ötən ilin yayından çalışdırdığı Türkiyə yığmasında fəaliyyəti uğursuz olaraq, Avro-2012-in final mərhələsinə vəsiqə qazana bilmədi. Türkiyə Futbol Federasiyası da holland mütəxəssislə yollarını ayırmaqda maraqlı olaraq, onunla yanaşı, köməkçisi Oğuz Çətini istefaya göndərməyi üstün tutub.
0