Milli komandamız Avstriyaya gedir
16.11.2011 - 10:50
17 yaşadək qızlar arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatının I seçmə mərhələsinin qrup oyunlarının yeri və tarixləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, VI seçmə qrupda mübarizə aparacaq Azərbaycan milli komandası Avstriyada çıxış edəcək. Komandamız bu Mərkəzi Avropa ölkəsində meydan sahibləri, İsveç və Xorvatiya ilə görüşəcək. Bu görüşlər gələn il oktyabrın 29-dan noyabrın 3-dək keçiriləcək.
Qeyd edək ki, I seçmə mərhələsində 11 qrupun hərəsinin qalibi, həmçinin 2-ci yeri tutub ən yaxşı nəticəyə malik 5 komanda mərhələni adlayacaq.
Qeyd edək ki, I seçmə mərhələsində 11 qrupun hərəsinin qalibi, həmçinin 2-ci yeri tutub ən yaxşı nəticəyə malik 5 komanda mərhələni adlayacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0