Avro-2012-də “ölüm qrupu”
16.11.2011 - 11:02
Avro-2012-in final mərhələsinin püşkatması öncəsi səbətlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, pley-off oyunları başa çatandan sonra milli komandalar üçün UEFA-nın son reytinqi müəyyənləşib. Buna əsasən 16 iştirakçısı 4 səbətə bölünüb.Ukrayna ilə Polşa isə reytinqə əsasən yox, meydan sahibi olduqlarına görə ilk səbətdə yer alıb. Ukrayna yığmasının A, Polşa millisinin D qrupunda yer alacağı indidən məlum olub.
Sözsüz ki, səbətlərə nəzər salsaq, əsas diqqəti çəkən məqam Almaniya yığmasının I səbətdə yer almamağıdır. Püşk nəticəsində Almaniya, İspaniya, Portuqaliya və Fransa milli komnadaları bir qrupa düşə bilər ki, bu da “ölüm qrupu” sayılacaq.
1-ci səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya
2-ci səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya
3-cü səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç
4-cü səbət: Danimarka, Fransa, İrlandiya, Çexiya
Qeyd edək ki, püşkatma dekabrın 2-də Ukrayna paytaxtı Kiyevdə keçiriləcək və Bakı vaxtilə saat 21:00-da başlayacaq.

0
0