“Mançester Yunayted” 5 yaşlı uşaqla müqavilə imzaladı
16.11.2011 - 14:51
“Mançester Yunayted” 5 yaşlı uşaqla müqavilə imzaladı
“Mançester Yunayted” dünya futbolunda görünməmiş transfer edib. Apasport.az saytının məlumatına görə, İngiltərənin ən titullu klubu 5 yaşlı Çarli Ceksonla müqavilə imzalayıb. Ancaq futbolda ilk addımlarının atan körpə ilə anlaşmanın müddəti açıqlanmır.

Çarli “Mançester Yunayted”lə həftədə 1 dəfə məşq edir. Onun ailəsi Mançester şəhərinin kənarında olan Dentonda yaşayır. Uşaq klubda məşqlərlə yanaşı, futbol məktəbinə gedir. “Mançester Yunayted”in seleksiyaçıları Ceksona hələ 3 yaşında diqqət yetirərək, onu 2 il izləyiblər.