London-2012-də qızıl medal üçün 2 milyon?
16.11.2011 - 15:40
London-2012-də qızıl medal üçün 2 milyon?
Böyük Britaniya 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanacaq idmançılar üçün veriləcək pul mükafatının məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, Olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq britaniyalı müxtəlif sponsor müqavilələrinə əsasən 2 milyon funt-sterlinqə qədər qazanc götürəcək.

Belə ki, Olimpiya çempionu hərəsi 150 min funt-sterlinq dəyərində 4 sponsor müqaviləsinin imzalanmasına ümid edə bilər.

Qeyd edək ki, buraya hər bir qalib növbəti üçün növbəti 4 ildə də reklam müqaviləsi qüvvədə olacaq və ümumi gəlir məbləği 2 milyon funt-sterlinqə çatacaq.