9 azəri, 2 türk
16.11.2011 - 16:10
9 azəri, 2 türk
FİFA tərəfindən Azərbaycanda keçirilən “Pro” kateqoriyalı kursların növbəti mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 3-cü hissədə də 11 mütəxəssis iştirak edir. Bunlardan 9-u azərbaycanlı, 2-si türkiyəlidir.

Belə ki, kurslara Arif Əsədov, Qurban Qurbanov, Nazim Süleymanov, Təbriz Həsənov, Şahin Diniyev, Vladislav Qədirov, Yaşar Vahabzadə, Vəli Qasımov, Babək Alxasovla yanaşı, Cüneyt Biçer və Yüksəl Köpoğlu da qatılırlar.

Məşqçilər 4-cü seminarın ardından kateqoriyaya yiyələnəcəklər.