“Sumqayıt Şəhər” kapitanını itirdi
16.11.2011 - 16:40
Premyer Liqanın son turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanan (2:1) “Sumqayıt Şəhər” “Simurq”la oyunun hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün “Dalğa Arena”da məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilməyib. Əsas milli və U-21-in heyətindən qayıdan Andriy Popoviç, Bədavi Hüseynov, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev və Hacı Əhmədov sabahdan etibarən “Sumqayıt Şəhər”ə qoşulacaq.
17 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsindən qayıdan Orxan Əliyevlə Şamil Cəmaləddinov səhər məşqində iştirak edib. Zədəsini sağaltmış Abdulla Abatsıyev də artıq komandaya qoşulub.
Zədəli olan Rəşad Kərimov, Samir Abdulov, Ruslan Qurbanov və Sahil Kərimova Ruslan Nəsirli və Samir Abasov da qoşulub. Məşqdə zədələnən klubun kapitanı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

0
0