Roberto Karlos: Azərbaycana gələ bilmədiyim üçün üzr istəyirəm
23.11.2011 - 09:40
Roberto Karlos: Azərbaycana gələ bilmədiyim üçün üzr istəyirəm
“Çox təəssüf ki, Azərbaycana səfərim alınmadı”. Apasport.az saytının məlumnatına görə, bu sözləri əfsanəvi futbolçu Roberto Karlos deyib.

Braziliya milli komandasının sabiq ulduzunun Azərbaycana gözlənilən səfəri baş tutmayıb. Rusiyanın “Anji” klubunun 38 yaşlı oynayan-məşqçisi güclü soyuqladığı üçün həkimlərin tövsiyəsinə əsasən Bakıya gələ bilməyib. Bununla əlaqədar Karlos affa.az saytına fikirlərini bildirib: “Mənə Bakı şəhərinin və Azərbaycanın gözəlliyi haqda çox danışıblar. Səfərdən imtina etmək məcburiyyəti qarşısında qaldığım üçün üzr istəyirəm. Söz verirəm ki, ilk fürsətdəcə Azərbaycana gələcək və hər kəsi futbolunuzun 100 illik yubileyi münasibətilə şəxsən təbrik edəcəyəm. Bildiyim qədər, Azərbaycanda mənim xeyli pərəstişkarım var”.

Qeyd edək ki, baş tutmayan səfərin məqsədi FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatında iştirak etmək, turnirin təşkilati işlərinə dəstək vermək idi. Braziliyalı futbol ulduzunun səfəri noyabrın 22-24-də nəzərdə tutulmuşdu.