Ağlı-qaralı günlər
24.11.2011 - 15:00
Ağlı-qaralı günlər
Sabah Lüksemburqda DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasının F qrupunun təqviminin müəyyənləşməsinə həsr olunan tədbirdə komandalar 12 oyun günündən istifadə etmək hüququ qazanacaq. Apasport.az saytı əvvəlcədən məlum olan bu tarixlərin yığmamız üçün nə dərəcədə düşərli olub-olmamağını araşdırıb.

Komandamız 2012-ci ildə 4 oyun günündə meydana çıxa bilər. Lakin bunların birincisində - sentyabrın 7-də meydana çıxmaqdansa, çıxmamaq yaxşıdır. Tarix göstərir ki, sentyabrın 7-ci günü bizimkilər üçün xoşbəxt rəqəm deyil: 3 görüş, 2-si böyük hesabla olmaqla, 3 məğlubiyyət.

Oktyabrın 12-də səfərdə xala və qola həsrət qalsaq da, evdə sevinmişik. Berti Foqtsun yetirmələrinin Türkiyəni ötən il necə udduğu hələ də unudulmayıb.

11 sentyabr və 16 oktyabr isə milli tarixində yeni səhifədir. Əksər səhifələri qaraya boyanan milli tarixində yeni səhifə açmaq üçün bu günlərdə oynamağa dəyər.

2012-ci il

7 sentyabr
7 sentyabr. Buxarest. AÇ. Rumıniya – Azərbaycan - 3:0
7 sentyabr. Bakı. AÇ. Azərbaycan – İtaliya - 0:2
7 sentyabr. AÇ. Köln. Almaniya - Azərbaycan - 6:1

11 sentyabr
-

12 oktyabr
12 oktyabr. Mielets. AÇ. Polşa – Azərbaycan - 1:0
12 oktyabr. Helsinki. AÇ. Finlandiya – Azərbaycan - 3:0
12 oktyabr. Kardiff. DÇ. Uels – Azərbaycan - 2:0
12 oktyabr. AÇ. Bakı. Azərbaycan - Türkiyə - 1:0

16 oktyabr
-
2013-cü ildə yığmamıza təqdim olunan 8 günün hamısı bizlərə tanışdır. Bunlardan 3-də oynamaq olar.

Martın 22-si nadir tarixlərdən biridir ki, keçirdiyimiz hər 2 qarşılaşmada qələbə qazanmışıq. Həmin gün evdə “dişimizə görə” olan rəqibi Bakıya gətirsək, həm günlə bağlı qələbə seriyası davam edər, həm də asan rəqib əldən çıxmaz. İyunun 11-də və oktyabrın 15-də baş tutan görüşlərdə də yığmamız qələbə qazanır. Elə bu 3 uğurlu günə 3 oyun salıb, futbol tariximizdə rekord olan 3 qələbəni əldə etmək olar. Bunun üçün bu tarixlərin 2-ni Lüksemburqa, digərini Şimali İrlandiya ilə ev oyununa həsr etmək olar.

İyunun 7-də və sentyabrın 10-da oynamaqdan da çəkinməyə dəyməz. Axı bu günlərdə heç də həmişə uduzmuruq.

Digər 3 tarix isə futbol salnaməmizdə qara rəngdə düşüb. Düzdür, 0:10 hesabı ilə rüsvay olduğumuz Fransa məğlubiyyətini aldığımız gün 1 qələbəmiz və 1 məğlubiyyətə bərabər heç-heçəmiz də var. Lakin üçü minimal fərqlə olan 4 məğlubiyyətdən birincisinin Zinəddin Zidan və yoldaşlarının şousu olmasından çəkinməyə dəyər. Amma 3 nəhs günün yalnız ikisindən qaçmağın mümkünlüyünü nəzərə alsaq, “Oser faciəsi”nin ildönümündə oynamaq da olar.

Hər halda, oktyabrın 11-də oynamaqdan ki yaxşıdır. Həmin qara gündə keçirdiyimiz 7 görüşün hamısında uduzmuşuq. Özü də 3 dəfə böyük hesabla. Əslində, 26 mart tarixinin də adını çəkmək lazım deyil. Keçirdiyimiz 3 oyunda aldığımız 3 məğlubiyyətdən 2-si biabırçılıq olub: Gimaraynş və Varşavada.

2013-cü il

22 mart. Bakı. YO. Azərbaycan – Türkmənistan - 3:0
22 mart. Bakı. YO. Azərbaycan – Moldova - 1:0

26 mart. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan - 7:0
26 mart. Varşava. DÇ. Polşa – Azərbaycan - 8:0
26 mart. Vilnüs. YO. Litva - Azərbaycan - 1:0

7 iyun. Tehran. BT. Azərbaycan – Qırğızıstan - 3:2
7 iyun. AÇ. Bakı. Azərbaycan – Almaniya - 1:3

11 iyun. Bakı. AÇ. Azərbaycan – Serbiya və Çernoqoriya - 2:1

6 sentyabr
6 sentyabr. Oser. AÇ. Fransa – Azərbaycan - 10:0
6 sentyabr. Bakı. DÇ. Azərbaycan - Norveç - 0:1
6 sentyabr. Bakı. AÇ. Azərbaycan – Finlandiya - 1:2
6 sentyabr. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 1:1
6 sentyabr. Kardif. DÇ. Uels - Azərbaycan - 1:0
6 sentyabr. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan - 3:2

10 sentyabr
10 sentyabr. Budapeşt. DÇ. Macarıstan – Azərbaycan - 3:1
10 sentyabr. Bakı. DÇ. Azərbaycan - Lixtenşteyn - 0:0

11 oktyabr
11 oktyabr. Təl-Əviv. AÇ. İsrail – Azərbaycan - 2:0
11 oktyabr. Sürix. DÇ. İsveçrə – Azərbaycan - 5:0
11 oktyabr. Bakı. DÇ. Azərbaycan – Türkiyə - 0:1
11 oktyabr. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan - 4:0
11 oktyabr. Brüssel. AÇ. Belçika – Azərbaycan - 3:0
11 oktyabr. Helsinki. DÇ. Finlandiya - Azərbaycan - 1:0
11 oktyabr. AÇ. İstanbul. Türkiyə - Azərbaycan - 1:0

15 oktyabr
15 oktyabr. Manama. YO. Bəhreyn - Azərbaycan - 1:2
0