“Neftçi”nin 1000-ci qolunu kim vuracaq?
02.12.2011 - 12:38
Dekabrın 4-ü “Neftçi” klubunun tarixinə düşə bilər. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi həmin gün 1992-ci ildən start götürən Azərbaycan çempionatları tarixində 1000-ci qolu vurarsa, bunu bacaran ilk komanda olacaq.
Bunun üçün “Neftçi”yə cəmi 1 qol lazımdır. Belə ki, indiyədək “ağ-qaralar” 999 qol vurub. Bakılılar Premyer Liqanın növbəti turunda “Simurq”la qarşılaşacaq və matçın paytaxtda keçirilməsi 1 qolun vurulması üçün müsbət amildir.
1000-ə 3 addım qalandan sonra
3-cü oyununu keçirən “Neftçi” “Qəbələ” (0:1) və “Qarabağ”la (2:1) oyunlarda üst-üstə 3 qol vurmağın öhdəsindən gələ bilməsə də, “Simurq”la görüşdə bunu reallaşdırmağa yaxındır.
Qeyd edək ki, bu qolların 576-sı evdə, 403-ü səfərdə, 20-si neytral meydanda vurulub.

0
0