Latviyadan Diniyevə rəsmi dəvət!
02.12.2011 - 13:11
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin yenidən ölkə xaricində işləmək şansı yaranıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Latviyadan dəvət alıb.
“Terek”dən (Rusiya) ayrıldıqdan sonra işsiz qalan 45 yaşlı mütəxəssis bu dəfə Latviyanın yüksək liqasında mübarizə aparan “Yurmala” klubunu çalışdırmaq dəvətinə baxacaq.
Diniyev apasport.az saytına açıqlamasında bildirib ki, həmin klubun prezidenti Aleksandr Burunin onun xidmətində maraqlıdır: “Düzdür, Burunin şəxsən mənə zəng vurmayıb. Amma komandanın baş meneceri Anatoli Şümut prezidentin adından mənə dəvət göndərdi. Sözsüz ki, mən də müəyyən şərtlərimi onlara bildirdim”.
O, telefon söhbətində komandanın iddiaları ilə də maraqlanıb: “Menecer bildirdi ki, komanda yüksək liqada yeni olsa da, iddialıdır. Komanda milli çempionatda ilk “üçlüy”ə daxil olub, Avropa Liqasında qüvvəsini sınamaq arzusundadır. Əlbəttə ki, iddialı bir klubda işləmək xoş olar. Komandanın bazası, stadionu var. Amma növbəti danışıqlar zamanı ortaq məxrəc tapmaq vacibdir. Şərtlərimi irəli sürmüşəm. Onlar bunu müzakirə edib, mənimlə əlaqə saxlayacaqlar. Ölkə xaricində işləmək, çətin olsa da maraqlıdır”.
Qeyd edək ki, 2008-ci ildə yaradılan “Yurmala” klubuna indiyədək 4 məşqçi rəhbərlik edib. Bunlar Andrey Karpov, Andrey Kodizey, Soferbi Eşuqov və hazırkı məşqçi İqor Stepanovdur. Stepanov klubla 2011-ci ilin avqust ayında müqavilə imzalayıb.
Oyunlarını “Yurmala” stadionunda keçirən komanda ötən mövsümü 5-ci pillədə tamamlayıb. 2010-cu ildə yüksək liqada oynayan klubun əsasını yerli futbolçular təşkil edir. Komandanın hazırkı heyətində cəmi 2 legioner var.

0
0