Ağasəlim Mircavadov: Axı mən təqaüdə çıxası deyiləm
02.12.2011 - 13:42
“Mənə AFFA-dan təqaüd verilməsi məsələsi təsadüfi alındı. Dedilər ki, 63 yaşın tamam olduğu üçün, sən də təqaüd alanların siyahısına düşürsən”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov deyib.
AFFA-nın İcraiyyə Komitəsinin (İK) son iclasında digər məsələlər kimi futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunub. Son 2 mütəxəssisə təqaüdün verilməsi məsələsinə İK-nın növbəti iclasında baxılacaq.
Mircavadov bu məsələyə elə də önəm vermir: “Açığı, təqaüd, məbləği ilə maraqlanmamışam, maraqlanmaq fikrim də yoxdur. Versələr də sağ olsunlar, verməsələr də. Almaq haqda heç düşünməmişəm də. İcraiyyə Komitəsinin üzvlərinin bütün fikirlərinə hörmətlə yanaşıram”.
Maraqlıdır, oktyabrın 22-də 64 yaşı tamam olan Mircavadov özünü təqaüdçü sayırmı? “Axı mən təqaüdə çıxası deyiləm (gülür). Futbolçular kimi məşqçilərdə də yaş amilinə fikir verilməyinə gəlincə, bunu klub rəhbərlərindən soruşmaq lazımdır. Əslində, mütəxəssisə yaşı ilə yox, ağlı və işi ilə qiymət vermək lazımdır”.
Adı təqaüd alanlar siyahısına daxil edilən futbol veteranlarının çoxu işsiz olduğundan, maddi durumları çətindir. Milli komandamızın sabiq çalışdırıcı buna diqqət yetirilməyini təqdirəlayiq hal sayır: “Maddi ehtiyac həmişə olur, bunun söhbəti yoxdur. Yenə deyirəm ki, mən bu haqda düşünməmişəm. Sözün düzü, təqaüd almağı istəmirdim də. Dedilər ki, yaşın çatıb, ona görə blankı doldurdum. Yoxsa mən belə şeylərə fikir vermirəm. Mən dövlət təqaüdü almıram. Mən elə adam deyiləm ki, gedim müraciət edim. Bu, mənlik deyil”.
Qeyd edək ki, Mircavadov 2010-cu ilin iyulunda “Xəzər Lənkəran”ın baş məşqçisi postundan istefa verəndən sonra işsizdir.
Mehman SÜLEYMANOV

0
0