“Sumqayıt Şəhər” Qəbələyə tam heyətlə yollanmır
02.12.2011 - 14:54
Premyer Liqanın XV turu çərçivəsində dekabrın 4-də səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt Şəhər” hazırlığını “Dalğa Arena”da davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabah Qəbələyə yola düşəcək komandanın heyətində 3 zədəli futbolçu yer alır.
Rəşad Kərimovdan başqa, Murad Səttarlı və Orxan Əliyev məşqlərdə iştirak etmir. Kapitan Samir Abasov, Ruslan Nəsirli və Ramil Həşimzadə isə zədələrini sağaldaraq komanda ilə birlikdə hazırlaşır.
Qeyd edək ki, Premyer Liqanın 2-ci turunda “Sumqayıt Şəhər” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olmuşdu. Həmin qarşılaşmada Orxan Əliyev fərqlənmişdi.

0
0