“Foqts da mənim kimi futbolçu olub”
02.12.2011 - 15:16
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun apasport.az saytına müsahibəsi
- AFFA-nın İcraiyyə Komitəsində Vaqif Cavadovun bağışlanması məsələsini qaldırmaq kimin ideyası idi?
- İcraiyyə Komitəsi məhz belə məsələləri müzakirə etmək üçün toplanır. Bu məsələni Kazbek Tuayev və Ələkbər Məmmədov AFFA prezidenti cənab Rövnəq Abdullayevin diqqətinə çatdırdı.
- Vaqif Cavadovun artıq bağışlandığını demək olarmı?
- Hələlik yox. Amma məsələyə baxılacaq. Sözsüz ki, bu məsələ müəyyən mənada millinin baş məşqçisi Berti Foqtsdan asılıddır.
- Siz bu barədə Vaqiflə danışmısınız?
- Yox. Vaqiflə nə danışacağam? Heç məndə nömrəsi də yoxdur. Amma sözsüz ki, qardaşım oğludur, istəsəm, tez taparam. Bir məsələni də vurğulamaq lazımdır ki, Vaqifin Azərbaycan milli komandasında yaxşı oyunları da olub. Cavandır, belə vaxtlarda səhv etmək olar.
- Necə fikirləşirsiniz, Foqts onu bağışlayacaqmı?
- Bilmirəm. Foqts təcrübəli futbol adamıdır. Ağsaqqal adamdır. Yəqin ki, bunu müzakirə edəcək.
- Ümumiyyətlə, Foqtsun qalması bizə nəsə xeyir gətirə bilər?
- Foqts da mənim kimi futbolçu olub. Onu niyə tənqid etməliyəm? Həmişə olanı demişəm, indi də deyirəm. Azərbaycan yığmasının nəticə qazanmaması tək Foqtsun problemi deyil. Razılaşaq ki, futbolçu tez bir zamanda yetişmir. İndi biz öz futbolçularımızı kənara ata bilmərik. Çünki seçim imkanımız yoxdur.
- Azərbaycan futbolunda problemi nə ilə əlaqələndirmək olar?
- Bu, qlobal problemdir. Hər şey göz qabağındadır. Azərbaycan futbolunda irəliləyiş var. Amma biz Avropa ölkələrindən çox geri qalırıq. Onlar bizdən qat-qat üstündürlər.
- Bəs mövcud vəziyyətdən necə xilas olmaq olar?
- Mən bunu deyə bilmərəm.
- 2 gün öncə ölkə kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi. Bəzi klublarımız rəqiblərindən qat-qat üstün olsalar da, əsas heyətdə yenə əcnəbiləri oynatdılar. Bu yolla nəyəsə nail olmaq olarmı?
- Bax, məsələ buradadır. Əcnəbilər oynayırlar, yerli futbolçuları seçmək olmur. Odur ki, Azərbaycan yığmasında milliləşdirilmiş futbolçular çıxış edirlər. Bilirsiniz, inkişafa necə nail olmaq olar? Bu tək mənim işim deyil. Mənim danışmağımdan heç nə olmur. İşlər görülməlidir. Sözsüz ki, hər şey uşaq futbolundan başlayır. İnkişafa nail olmaq istəyiriksə, mütləq birlik vəhdət olmalıdır.
- Berti Foqtsun aylıq maaşı tez-tez müzakirə edilir. Sizcə, çox vəsait ayırmaqla, daha çox xal toplamaq mümkündürmü?
- Əlbəttə ki, mümkün deyil. Foqtsa istəyirsən lap 50 milyon versinlər, o heç vaxt 20 xal toplaya bilməyəcək. Həmişə demişəm, indi də deyirəm, Foqts bu futbolçularla ciddi uğur qazana bilməyəcək. Özüm də futbol oynamışam. Bilirəm ki, hazırda milli komandanın heyətində yer alan futbolçuların gücü nəyə çatır. Uşaqlar 5 ildir ki, əziyyət çəkirlər amma heç nə hasil olmur.

0
0