“Simurq” – “Neftçi” matçının hakiminin səhv etmədiyi təsdiqləndi
02.12.2011 - 15:24
“Simurq” – “Neftçi” matçının hakiminin səhv etmədiyi təsdiqləndi
Premyer Liqanın XV turuna hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun “Xəzər Lənkəran” və “İnter” arasında oyun Vüsal Əliyevə tapşırılıb.

Təyinatların ən diqqət çəkən məqamı isə Rəhim Həsənovla bağlıdır. Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Simurq” – “Neftçi” oyununda qonaqların yarımmüdafiəçisi Flavinyonun qovan referi yenə iş başında olacaq. “Neftçi”nin bəzi nümayəndələri hakimin səhv qərar verdiyini iddia etsələr də, Həsənovun təyinatı ilə bunun əksi təsdiqlənib.

4 dekabr (bazar)

“Qəbələ” – “Sumqayıt Şəhər”
Hakimlər:
Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Fuad Həsənov

“Xəzər Lənkəran” – “İnter”
Hakimlər:
Vüsal Əliyev, Vaqif Musayev, Ramiz Əsədov, Orxan Məmmədov

AZAL – “Bakı”
Hakimlər:
Anar Salmanov, Elman Musayev, Zeynal Zeynalov, Elvin Əsgərov

“Neftçi” – “Simurq”
Hakimlər:
Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Teymur Fərhadov

“Turan” – “Qarabağ”
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov

“Rəvan” – “Kəpəz”
Hakimlər:
Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov

Mənbə: affa.az