Yığmamız qalib gəldiyi məkanda
02.12.2011 - 15:39
Yığmamız qalib gəldiyi məkanda
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə səfərdə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Lüksemburq – Azərbaycan qarşılaşması Lüksemburq şəhərindəki “Josi Bartel” stadionunda keçiriləcək. Bu matç 2013-cü il martın 22-də baş tutacaq.

Qeyd edək ki, millimi Lüksemburq yığması ilə yeganə oyununu da həmin stadionda keçirərək “Josi Bartel”i qalib tərk edib – 2:1. Həmin matç 2010-cu il martın 3-də baş tutub.

Mənbə: affa.az