Milli komandamıza qalib gəlib, borca düşdü
02.12.2011 - 17:06
Azərbaycan yığmasının son oyununu keçirdiyi Almaniyanın “Union Berlin” klubu maliyyə böhranı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, II Bundesliqa təmsilçisinin 5 milyon avroluq borcu yaranıb.
Bunun aradan qaldırılmağı üçün “Alte Fersterey” stadionunun səhmlərinin satılmağı qərara alınıb və azarkeşlərə rəsmi müraciət olunub. Hər səhmin qiyməti 500 avrodur. Azarkeşlərə 10 min səhm təklif olunub ki, onların hamısı satılarsa, borc tam bağlanacaq.
Yüzlərlə insan səhmləri almaq üçün səhər tezdən növbəyə dayanıblar. Faksla fasiləsiz müraciətlər daxil olur. Futbol klubunun 9 əməkdaşı bu işlərlə sıx rejimdə məşğul olur. “Union Berlin”in prezidenti Dirk Sinqler öz qəlblərini azarkeşlərinə satdıqlarını bildirib.
Bu, Berlin klubunun azarkeşlərə kömək məqsədilə müraciət etdiyi ilk belə hal deyil. 2009-cu ildə yüzlərlə azarkeş könüllü əsasda stadionun bərpasına kömək edib.
Qeyd edək ki, millimiz noyabrın 15-də “Union Berlin”lə onun meydanında keçirdiyi yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzub.

0
0