Milli komandamızın mərhum futbolçusunun xatirəsinə oyun keçiriləcək
03.12.2011 - 16:41
Azərbaycan milli komandasının sabiq futbolçusu İbrahim Həsənbəyovun xatirəsi Rusiyada yad olunacaq. Apasport.az saytının məlumatına görə, dekabrın 5-də Mahaçqaladakı “Sokol” stadionunda Həsənbəyov, Qafar Qafarov və Şamil Burziyevin xatirəsinə həsr olunan matç keçiriləcək. Həmin oyunun iştirakçılarını “Anji”nin mərhum futbolçularının yaxın dostları təşkil edəcək. Belə görüşün keçirilməyi ideyası onlara məxsus olub. Qərara alınıb ki, “Anji”də Həsənbəyov və Qafarovla birgə çıxış etmiş futbolçular Burziyevin dostlarına qarşı oynayacaqlar. Meydana çıxanlar arasında yığmamızın sabiq futbolçuları da olacaq. Bu, “Anji”də çıxışı ilə tanınan Narvik Sirxayevlə Şamil Lahiyalovdur. Bakı vaxtilə saat 12:00-da başlayacaq oyuna giriş pulsuzdur.
Qeyd edək ki, 1969-cu il təvəllüdlü Həsənbəyov 30 yaşında avtomobil qəzasında həlak olub. Milliləşdirilən dağıstanlı hücumçu yığmamızın heyətində 2 oyun keçirib.
Qeyd edək ki, 1969-cu il təvəllüdlü Həsənbəyov 30 yaşında avtomobil qəzasında həlak olub. Milliləşdirilən dağıstanlı hücumçu yığmamızın heyətində 2 oyun keçirib.
0
0