“Rəqibin əvəzetməsi də öz nəticəsini verdi”
04.12.2011 - 20:08
“Rəqibin əvəzetməsi də öz nəticəsini verdi”
“Həmkarımla razıyam, belə oyunlar qarşılıqlı mübarizədə keçir. “İnter” yaxşı təşkilatlanmış komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Mirça Rednik deyib.

O, Premyer Liqanın XV turunun “İnter”lə oyunundan (0:1) sonra istefaya göndərilməzdən əvvəl matç haqda fikirlərini açıqlayıb: “Bir çox qol imkanlarından istifadə edə bilmədik. Rəqibin əvəzetməsi də öz nəticəsini verdi. Müdafiəmizin səhvindən sonra qapımızda qol gördük. Əlimizdə olan oyunçularla improvizasiya etməyə məcburam. Üç oyunçumuz dünən əvəzedici heyətdə oynayıb, iki oyunçumuz isə bir aydır ki, zədəlidir”.