AZAL-ın prezidenti: İstefa verməmişəm, amma...
05.12.2011 - 16:32
AZAL-ın prezidenti: İstefa verməmişəm, amma...
“Postumdan ayrıldığım barədə xəbərlər həqiqətə uyğun deyil”. Bunu Lent.az-a AZAL futbol klubunun prezidenti Vaqif Qasımov bildirib.

O deyib ki, dekabrın 8-də klubun baş sponsoru olan “SW Holding”in rəhbərliyi ilə görüşəcək. Həmin görüşdə postunda qalıb-qalmayacağına tam aydınlıq gələcək: “Mən istərdim ki, klubun yeni prezidenti “SW Holding”in rəhbəri Zaur Axundov olsun. Amma bütün məsələlər bu görüş zamanı həllini tapacaq”.

Qeyd edək ki, Vaqif Qasımov oktyabrın sonlarında bir aylıq məzuniyyətə çıxıb. Onun məzuniyyətdən əvvəlki işinə qayıtmayacağı və hətta istefaya göndərildiyi bildirilir. Qasımov hazırda soyuqdəymədən müalicə olunur.