“Bu, “Xəzər Lənkəran” azarkeşlərinə qarşı hörmətsizlikdir”
06.12.2011 - 17:05
“Xəzər Lənkəran” rəhbərliyi AFFA İntizam Komitəsinin çıxardığı qərarla razı deyil. Bu barədə apasport.az saytına cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
İntizam Komitəsinin az öncə başa çatan toplantısında Lənkəran stadionunda 2 oyunun azarkeşlərsiz keçirilməsi barədə qərar çıxarılıb.
Bununla razılaşmayan Nadirov bildirib ki, çıxarılan qərar “Xəzər Lənkəran”a qarşı aparılan kampaniyanın tərkib hissəsidir: “Bu, lənkəranlı azarkeşlərə qarşı hörmətsizlikdir. Hesab edirik ki, İntizam Komitəsinin qərarı klubumuza qarşı kampaniyanın tərkib hissəsidir və həmin kampaniyada İntizam Komitəsinin üzvləri çox fəal iştirak edirlər. Bununla bağlı AFFA-nın Apelyasiya Komitəsinə müraciət edəcəyik”.

0
0