Rəşad Sadiqov: Gizlətmirəm, açıq-aşkar deyirəm ki...
07.12.2011 - 00:04
“Bizim Lənkəran səfərinə çıxmağımıza bir neçə gün qalmış bu komandanın baş məşqçisi postunda dəyişiklik oldu. Adətən, belə əvəzetmələr oyuna müsbət təsir göstərir. Amma biz bu düşüncəni başımıza yeritməməliyik. Oyuna tam ciddi hazırlaşmalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadiqov deyib.
Premyer Liqanın XVI turunda Premyer Liqada növbəti prinsipial oyun baş tutacaq. Ciddi dəyişikliklər olan “Xəzər Lənkəran” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Sadiqov hesab edir ki, Lənkəranda Azərbaycan çempionatının ən yaxşı oyunlarından biri reallaşacaq: “Nəticənin necə olacağını demək çətindir. Amma ümidvaram ki, çox maraqlı bir qarşılaşmada iştirak edəcəyik”.
İlk dövrədə “Xəzər Lənkəran” Ağdam klubunu səfərdə üstələmişdi. Həmin oyunda Adrian Pitin qolu yeganə olmuşdu: “Xəzər Lənkəran”a səfərdə qalib gəlmək üçün mütləq əvvəlkindən 2 qat çox güc sərf etmək lazımdır. Gizlətmirəm, açıq-aşkar deyirəm ki, biz cənub klubu ilə oyuna xüsusi hazırlaşırıq. Hansı səfərə getdiyimizi bilirik. Fikrimcə, biz bu oyuna digərləri kimi yanaşmamalıyıq”.
Təqvimə əsasən “Qarabağ” 3 həftəyə yaxındır ki, Bakıda deyildi. Kapitan hesab edir ki, bu komandanın xeyrinə işləyən bir amil olub: “Biz uzun müddət Bakıda olmadıq. Düzdür, bir qədər əziyyətli idi. Amma hesab edirəm ki, bu, bizim komanda üçün xeyirli olacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu türkiyəli Cüneyt Biçerin cənub klubunun baş məşqçisi postunda debüt matçı olacaq.

0
0