Vəli Qasımovun top daşıyanı klub alır
07.12.2011 - 10:45
İspaniya milli komandasının və “Barselona” klubunun futbolçusu Andres İnyesta aşağı dəstə təmsilçisi “Albasete”yə pul yatırtmağa qərar verib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi III divizion təmsilçisinin səhmlərini almaq üçün 420 min avrosundan keçib. Bununla da dünya çempionatının final matçında həlledici qolu vurmaqla İspaniyanı dünya çempionu edən İnyesta atası Xose Antonionun klubun direktorlar şurasına daxil olmasına nail olub.
Qeyd edək ki, İnyesta 12 yaşına kimi “Albasete”nin uşaq komandalarında çıxış edib. 1996-cı ildə “Barselona”ya yollanan ulduz futbolçu “Albasete”də olduğu vaxt Azərbaycan milli komandasının məşqçisi Vəli Qasımıv da bu klubun şərəfini qoruyurdu. 1995/96 mövsümündə bu komandada 22 oyuna 4 qol vuran azərbaycanlı hücumçunun qollarına sevinən balaca İnyesta həmin avxt digər həmyaşıdları ilə yanaşı meydanın kənarında Vəli üçün top daşıyırdı.

0
0