Mülki Məcəllədən Cinayət Məcəlləsinə!
07.12.2011 - 12:24
İdmanın iqtisadi sahəyə çevrilməsi, onun inkişafı, həmçinin bu sahədən gələn vəsait hesabına ölkə vətəndaşlarının rifahının yüksəldilməsi üçün Azərbaycan hakimiyyəti artıq bir müddətdir ciddi fəaliyyət göstərir. Apasport.az saytının məlumatına görə, digər sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da idmanın yalnız həvəskar səviyyədə mövcudluğunun sonuna az qalıb.
Belə ki, milyonlarla vətəndaşın yaxından maraqlandığı bu sahədə də peşəkarlaşma labüddü. Hakimiyyətin bu sahədə uzun-uzadı araşdırmanın ardından hərəkət etməsi anlaşılandı. Çünki dövlət öz təbəqələrinin yaxşı yaşaması üçün hərəkət etməzdən öncə atılacaq addımın ziyanının minimum olmasına çalışır.
İdmanın əsas gəlir sahəsi mərc oyunları ilə bağlıdı. Dövlət bu sahəyə marağın yalnız nəzarət altında artmasında, bu proses zamanı vətəndaşlarının maliyyə durumunun pisləşməsinə deyil, yaxşılaşmasına nail olmağa çalışır. Qeyri-qanuni fəaliyyət göstərən bukmeker kontorlarının təqib olunmasının, onların mövcudluğuna xitam verilməsinin səbəbi məhz bu amillə, yəni vətəndaşların rifahının pisləşməsini önləmək üçün atılan addım kimi əlaqələndirmək lazımdı.
Dövlət başçısı İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı qanunla qeyri-qanuni mərc oyunu təşkil edən, ölkə iqtisadiyyatına milyonlarla manat ziyan vurmaqla yanaşı, çoxlu sayda insanın yoxsullaşmasına səbəb olan şəxslərin fəaliyyətinə son qoyulacaq. Yəni, qadağan olunmuş kontorları işlədən insanlar artıq Mülki Məcəllə ilə deyil, Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunacaqlar. Proses sonunda belə insanları külli-miqdarda cərimə ilə yanaşı, həm də həbsxana həyatı gözləyir. Təbii ki, cəmiyyətin mənafeyinin qorunmasını kimlərinsə həbsindən ibarət olduğunu düşünməmək lazımdı. Ölkə başçısı bu addımı atmaqla, həm büdcə vəsaitinin artmasını, həm Azərbaycan idmanının inkişafına təkan verməyi, həm də ölkə vətəndaşlarının zənginləşməsinə nail olacaq.
Xatırladaq ki, qeyri-qanuni fəaliyyət göstərən kontorların bağlanması heç də mərc həvəskarlarının əl-qolunu bağlamayacaq. Artıq oyunçular ölkə ərazisində bir müddətdi fəaliyyətini sürdürən “Topaz” məntəqələrində mərc oynaya biləcəklər. Bunu etməklə, onlar uduşlarına rəsmi dövlət təminatı almış olacaqlar.

0
0