“Mançester Yunayted” və “Trabzonspor” qrupda qaldı
08.12.2011 - 01:36
“Mançester Yunayted” və “Trabzonspor”	qrupda qaldı
Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə baş tutan 8 qarşılaşmadan sonra 1/8 finala çıxan klublar bəlli olub.

A qrupunun lideri “Bavariya” səfərdə “Mançester Siti”nin qonağı olub. Növbəti mərhələyə çıxmaq şansını saxlayan ingilislər mütləq qələbə qazanmalı idi ki, buna da nail olublar. Amma Mançester təmsilçisi növbəti mərhələyə adlaya bilməyib. Buna səbəb qrupun digər qarşılaşmasında “Napoli”nin səfərdə “Vilyareal”ı məğlub etməsidir.

B qrupunda növbəti mərhələyə çıxmaq şansı qalan “Trabzonspor” “Lill”lə qarşılaşıb. Fransadakı görüşdə qazanılacaq bir xal da Türkiyə təmsilçisini qane edə bilərdi. Ancaq bunun üçün qrupun digər matçında MOİK (Moskva) “İnter”lə oyunda xal itirməli idi. Lakin Moskva təmsilçisi "Trabzonspor"un xal itkisindən maksimum yararlanaraq, qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

C qrupunda qrup lideri “Benfika” öz meydanında “Otselul” (Qalats) klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Meydan sahibləri bu oyunda qələbə qazanmaqla qrup birinciliyini özləri üçün təmin ediblər. Qrupun digər matçında isə sensasiya qeydə alınıb. “Bazel” doğma azarkeşlər önündə “Mançester Yunayted”i məğlub etməklə növbəti mərhələyə yüksəlib. “Mançester Yunayted” 9 xalla qrupda qalıb.

D qrupunun ikincisi “Ayaks” isə doğma azarkeşləri qarşısında Madrid “Real”ını qəbul edib. Növbəti mərhələyə çıxmaq üçün Amsterdam təmsilçisini bu oyunda 1 xal da qane edirdi. Lakin "Real" rəqibinə heç bir şans verməyib. Qrupun digər matçında isə Fransa “Lion”u Zaqrebdə “Dinamo” biabırçı hesabla üstələyib. .

6 dekabr

E qrupu

“Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) - 3:0
Droqba, 3; 76; Ramires, 22
“Genk” (Belçika) – “Bayer” (Almaniya) - 1:1
Fossen, 30 - Derdiyok, 79

“Çelsi632113-411
“Bayer63128-810
“Valensiya622212-78
“Genk60332-163


F qrupu


“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 3:1
Cebbur, 16; Fuster, 36; Modesto, 89 - Benayun, 57
“Borussiya” (Almaniya) – “Marsel” (Fransa) - 2:3
Blaşikovski, 23; Hummels, 32 (p) - Remy, 45+4; Ayyu, 85; Valbuena, 87

“Arsenal63217-611
“Marsel63127-410
“Olimpiakos63038-69
“Borussiya” D61146-124


G qrupu

“Porto” (Portuqaliya) – “Zenit” (Rusiya) - 0:0
APOEL (Kipr) – “Şaxtyor” (Ukrayna) - 0:2
Luiz Adriano, 12; Seleznyov, 78

APOEL62316-69
“Zenit”62317-59
“Porto”62227-78
“Şaxtyor”61236-85


H qrupu

“Barselona” (İspaniya) – BATE (Belarus) - 4:0
Roberto, 36; Montoya, 60; Rodriges, 63; 89 (p)
“Viktoriya” (Çexiya) – “Milan” (İtaliya) - 2:2
Bistron, 89; Dyuriş, 90+3 - Pato; 47; Robinyo, 48

“Barselona651020-416
“Milan623111-89
“Viktoriya61234-115
BATE60242-142


7 dekabr

A qrupu

“Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya) - 2:0
Silva, 37; Ture Yaya, 52
“Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) - 0:2
İnler, 65; Xamşik, 76

“Bavariya”641111-613
“Napoli”632111-611
M.S.63129-610
“Vilyarreal”60062-140


B qrupu

“Lill” (Fransa) – “Trabzonspor” (Türkiyə) - 0:0
“İnter” (İtaliya) – MOİK (Rusiya) - 1:2
Kambiasso, 51 - Dumbiya, 50; Berezutski, 86

 “İnter”  6 3 1 2 8-7 10
 MOİK  6  2 2  2 9-8 8
 “Trabzonspor” 6 1 4 1  3-5 7
“Lill” 6 2  2 2  6-6 6


C qrupu

“Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
Ştreller, 9; Aleksandr Fray, 84 - Evans, 89
“Benfika” (Portuqaliya) – “Otselul” (Rumıniya) - 1:0
Kardozo, 7

“Benfika” 6 3 3 0 8-4 12
“Bazel” 6 3 2 1 11-10 11
 M.Y. 6 2 3 1 11-8 9
“Otselul” 6 0 0 6 3-11 0


D qrupu

“Dinamo” (Xorvatiya) – “Lion” (Fransa) - 1:7
Kovaçiç, 40 - Qomis, 45; 48; 52; 70; Qonalon, 47; Lopes, 64; Brian, 75
“Ayaks” (Hollandiya) – “Real” (İspaniya) - 0:3
Kalexon, 14; 90; İquain, 42

“Real”660018-218
“Lion”62229-68
“Ayaks”62226-68
“Dinamo”60063-180