Əziz Yıldırıma 132 illik həbs düşür
07.12.2011 - 14:15
“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım 132 il azadlıqdan məhrum edilə bilər. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, danışılmış oyunlarla bağlı araşdırmanı aparan prokurorluq Yıldırımın görünməmiş həbsə məhkum olunmasını tələb edir.
Ancaq məhkəmənin çıxaracağı qərar 59 ildən 132 ilə qədər müddəti nəzərdə tutur. “Fənərbaxça”nın prezidentinə 13 maddə üzrə ittiham irəli sürülüb. Bunların 6-sı fırıldaqçılıq, 4-ü matçların nəticələrinin danışılması və 3-ü rüşvətxorluqdur.
Yıldırımın futbol sahəsindən əlavə, cinayətkar qrupların təşkilində və çoxsaylı iqtisadi cinayətlərdə də adı hallanır. Onun vəkilləri isə belə həbs müddətini həddən artıq ağır sayırlar. Onlar hesab edirlər ki, bu cür cəza bir sıra qatillərə tətbiq olunur və bunu “Fənərbaxça”nın prezidentinə şamil etmək düzgün deyil.
Qeyd edək ki, Yıldırımla yanaşı, ötən mövsüm Türkiyə futbolunda danışılmış oyunlara görə daha 31 nəfər həbsdədir. 93 nəfər isə prokurorluğa dindirilməyə çağırılıb.

0
0