“Baku Fires”in heyəti açıqlandı
08.12.2011 - 00:12
Dekabrın 10-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun döyüşü keçiriləcək. Apasport.az saytının xəbərinə görə, həmin gün “Baku Fires” Almaniyanın “Leipzig Leopards”lə qarşılaşacaq. B qrupunda hərəyə 9 xal toplamış hər iki komanda artıq heyəti açıqlayıb.
“Baku Fires” – “Leipzig Leopards”
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya)
61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya)
73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya)
Qeyd edək ki, bu matçda Nikolay Veselov “Baku Fires”in heyətində birinci döyüşünü keçirəcək. Digər 4 boksçumuz artıq hərəyə bir döyüş keçiriblər və qələbə qazanıblar.
“Leipzig Leopards”in heyətində ən tanınmış boksçu Kennet İqandır. İrlandiyalı Pekin Olimpiadasında gümüş medal qazanıb.

0
0