“Neftçi” Çempionlar Liqasının ən zəifinə uduzubmuş
08.12.2011 - 09:27
“Neftçi” Çempionlar Liqasının ən zəifinə uduzubmuş
Azərbaycan çempionu “Neftçi”ni Çempionlar Liqasının II təsnifat mərhələsindən kənarlaşdıran Xorvatiya “Dinamo”su bu yarışın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunda Fransa “Lion”u qarşısında diz çökən (1:7) Zaqreb təmsilçisi Çempionlar Liqası tarixinin antirekordunu müəyyənləşdirib. Belə ki, gücü elə “Neftçi”yə çatan (3:0, 0:0) xorvatlar yarışın tarixi ərzində qrup mərhələsini ən zəif nəticə ilə bitirən komanda olub. Bütün oyunlarda uduzan “Dinamo” ümumilikdə 3 top vurub və 22-ni buraxıb. Bu isə top fərqinin -19 olmasını göstərir. Bununla da “Dinamo” Moskva “Spartak”ının 2002/03 mövsümündəki -17-lik top fərqini (1:18) unutdura bilib. Zaqreblilər həm də yarış tarixində qrupda ən çox qol buraxan komanda olub.