Joze Mourinyo rekordun bir addımlığında
08.12.2011 - 10:29
Joze Mourinyo rekordun bir addımlığında
Madrid “Real”ı yeni rekordun astanasındadır. Apasport.az saytının məlumatına görə, ardıcıl 15 qələbə qazanan “Kral klubu” daha 1 rəqibini məğlub edəcəyi halda tarixinin ən yaxşı göstəricisinə imza atacaq.

Joze Mourinyonun yetirmələri Çempionlar Liqasının qrup mərhələsinin son matçında “Ayaks”a qalib gəlməklə (3:0), 1960/1961 mövsümündə qeydə alınan rekordu təkrarlayıblar. Bu nailiyyət əfsanəvi məşqçi Migel Munosun rəhbərliyi altında olmuşdu.

Əgər “Real” İspaniya Primerosunun növbəti turunda qarşılaşacağı “Barselona”ya da qalib gələrsə, öz tarixinin ən yaxşı göstəricisinə imza atacaq.