“Neftçi”nin qənimi oyun satıb!?
08.12.2011 - 12:17
“Neftçi”nin qənimi oyun satıb!?
“Ayaks”ın baş məşqçisi Frank de Bur Çempionlar Liqasında dünən keçirilmiş “Dinamo” (Zaqreb, Xorvatiya) - “Lion” (Fransa) matçının nəticəsini şübhə altına alıb. Apasport.az saytının məlumatına görə, bu komandalar arasındakı oyun fransızların 7:1 hesablı qələbəsi ilə nəticələnib.

Bununla da “Lion” 8 xal toplayaraq, qrup ikincisi kimi 1/8 finala yüksəlib. Eyni xal toplayan “Ayaks” isə üçüncü yeri tutub. Fransızlara isə növbəti mərhələ çıxmaq üçün məhz böyükhesablı qələbə lazım idi.

“Lion”u növbəti mərhələyə çıxması münasibətilə təbrik edən Bur, həmçinin bildirib ki, UEFA bu məsələni araşdırmalıdır: “Köməkçilərim dedilər ki, fransızlar qolları çox adi vəziyyətlərdən vurublar. Yarım saat ərzində bu qədər qol vurulmur. Əgər burada şübhəli nəsə varsa, UEFA bu məsələni araşdırmalıdır”.

Qeyd edək ki, Zaqreb “Dinamo”su ÇL-in təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”ni mübarizədən kənarda qoyub (3:0, 0:0).