16-cı duel: 949 günlük həsrəti bitirmək arzusunda
08.12.2011 - 12:58
Premyer Liqanın XVI turunda “İnter”i qəbul edəcək “Qəbələ” tarixində 16-cı dəfə bu rəqiblə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, indiyədək komandalar 13 dəfə ölkə çempionatı, 2 dəfə kubokda üz-üzə gəliblər. Cari mövsümdə artıq 1 dəfə üz-üzə gələn komandalar sonuncu dəfə cəmi 49 gün əvvəl qarşılaşıblar.
Qəbələdəki 6 çempionat matçında 1 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar qalib gəlibsə, top fərqində “Qəbələ” hələ ki, 3:5 hesabı ilə geridədir. Bakıda keçirilən 7 çempionat matçında meydan sahibləri 4 qələbə qazanıb. Top fərqinin 15:5 olduğu görüşlərdə səfər qələbəsi olmayan “Qəbələ” yalnız 3 heç-heçə əldə edib.
Ümumilikdə isə Premyer Liqada “İnter” 7, “Qəbələ” isə 1 qələbəyə sevinib. Daha 5 dəfə sülhlə ayrılan rəqiblərin görüşlərindəki top fərqində 20:8 hesabı ilə bakılılar öndədir.
Tarixdə 1 dəfə təsadüf olunan kubok duelində tərəflərin hərəsi öz meydanında qalib gəlib. Lakin “İnter” öz meydanında 5 cavabsız qolla qalib gələrək yarımfinalın taleyini öz xeyrinə həll edib. Qəbələdəki 2:0 hesablı qələbə isə əyalət təmsilçisini işinə yaramayıb. 2 il 7 ay əvvəlki həmin qələbə “Qəbələ”nin “İnter” üzərində hələlik son qələbəsidir. İndi komanda doğma azarkeşlər önündə 949 günlük bu həsrətə son qoymaq imkanı qazanıb.
Bu isə o deməkdir ki, 16-cı duelə çıxan “Qəbələ” “İnter” üzərində ümumilikdə 3-cü qələbəsini qazanmağa çalışacaq. Belə ki, əvvəlki 15 matçda ümumi hesabda 10:25 hesabı ilə geridə olan komandanın 2 qələbəsi və 5 heç-heçəsi var.
Mənbə: gabalafc.az

| 2006/07 | 05.08.2006 | Premyer Liqa | Gilan (Qəbələ) - İnter (Bakı) | 0:0 |
|---|---|---|---|---|
| 2006/07 | 12.02.2007 | Premyer Liqa | İnter (Bakı) - Gilan (Qəbələ) | 2:0 |
| 2007/08 | 02.12.2007 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 2:1 |
| 2007/08 | 28.05.2008 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 4:0 |
| 2008/09 | 30.08.2008 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 1:1 |
| 2008/09 | 07.03.2009 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 0:1 |
| 2008/09 | 29.04.2009 | Azərbaycan kuboku, 1/2 final | İnter (Bakı) - Qəbələ | 5:0 |
| 2008/09 | 06.05.2009 | Azərbaycan kuboku, 1/2 final | Qəbələ - İnter (Bakı) | 2:0 |
| 2009/10 | 26.09.2009 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 3:2 |
| 2009/10 | 24.12.2009 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 0:1 |
| 2009/10 | 10.04.2010 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 1:1 |
| 2009/10 | 15.05.2010 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 4:1 |
| 2010/11 | 19.09.2010 | Premyer Liqa | Qəbələ - İnter (Bakı) | 0:1 |
| 2010/11 | 13.11.2010 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 0:0 |
| 2011/12 | 23.10.2011 | Premyer Liqa | İnter (Bakı) - Qəbələ | 1:1 |
Mənbə: gabalafc.az
0
0