Vəli Qasımovun əvəzinə Arif Əsədov!?
09.12.2011 - 00:03
“Neftçi” klubuna ölkə çempionluğu qazandıran və Zaqreb “Dinamo”su ilə Çempionlar Liqası oyunlarından sonra istefaya göndərilən Arif Əsədov Azərbaycan yığmasında çalışa bilər. Apasport.az saytının xəbərinə görə, millimizin çalışdırıcısı Berti Foqts məşqçilər korpusunda dəyişiklik etməyi düşünür və çox güman onun “qara siyahısı”na Vəli Qasımov düşəcək. Bu səbəbdən almaniyalı mütəxəssislə yaxşı münasibətdə olan Əsədovun yaxın günlərdə yığmada fəaliyyətə başlayacağı gözlənilir.
0
0