Arif Əsədov: Milli komandada işləmək şərəfdir
09.12.2011 - 00:11
Arif Əsədov: Milli komandada işləmək şərəfdir
“Neftçi”də işləyərkən Berti Foqtsla 3-4 dəfə görüşmüşük. Onunla həmişə yaxşı münasibətim olub, fikir mübadiləsi aparmışıq. Foqts gənc futbolçularla maraqlananda, mən də fikir bildirmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov deyib.

Paytaxt klubunun həm əvəzedici, həm də əsas heyəti ilə ölkə çempionu olan Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra istefaya göndərildi.

Amma onun gördüyü işlər unudulmayıb. Məlumata görə, Əsədovun milli komandanın məşqçilər heyətində yer alması gözlənilir: “Yığmadan mənimlə heç kim danışmadığına görə, konkret nəsə deyə bilmərəm. Amma kimliyindən asılı olmayaraq, hər bir məşqçi üçün yığmada işləmək şərəfdir. Düzünü deyim ki, hansına pilləyə çatmaq üçün pillə-pillə irəliləməyi xoşlamışam. Həmişə təcrübə görmək lazımdır”.