“Son pillədən qurtulmağa çalışacağıq”
08.12.2011 - 17:50
“İlk dəfə meydana kapitan sarğısı ilə çıxdım. Çox gözəl hisslər keçirdiyimi deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt Şəhər”i millimizlə matça kapitan sarğısı ilə çıxaran Timur İsrafilov deyib.
O, klubunun rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, “Sumqayıt Şəhər”i Premyer Liqada qış fasiləsinə kimi 3 matç gözləyir və bu oyunlarda xal ehtiyatlarını artırmağı planlaşdırırlar: “Milli ilə oyun bizim üçün bir test matçı idi. Buna baxmayaraq, uşaqlar meydanda əsl əzmkarlıq nümayiş etdirdi. Qələbə qazandığımız üçün çox şadam. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərib yenidən milli komandanın heyətinə çağırılaram. Qış fasiləsinə qədər Premyer Liqada daha 3 oyunumuz var. Bu görüşlərdə xal ehtiyatımızı artırıb son pillədən qurtulmağa çalışacağıq”.
Qeyd edək ki, seleksiya xarakterli təlim-məşq toplanışında olan Azərbaycan millisi ilə yoxlama oyunu Sumqayıt Şəhər”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0