Mirça Rednik bu gün Azərbaycandan ayrılır
09.12.2011 - 00:45
Mirça Rednik bu gün Azərbaycandan ayrılır
Premyer Liqanın XV turunun “İnter”lə oyunundan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi postundan ayrılan Mirça Rednik bu gün ölkəmizi tərk edəcək. Apasport.az saytının xəbərinə görə, ötən bazar “ağ-yaşıllar”la vidalaşan təcrübəli mütəxəssis burdakı işlərini qaydasına saldıqdan sonra vətəninə yollanacaq.

Maraqlıdır ki, cənub təmsilçisindən vidalaşdıqdan sonra bu günədək ölkəmizdə qalan təcrübəli çalışdırıcının yenidən Rumıniyadan Azərbaycana qayıdıb, digər klublarımızdan biri ilə danışıqlar aparması haqda xəbərlər yayılıb. Halbuki, onun bu qədər ölkəmizdə qalmasına səbəb “Xəzər Lənkəran” rəhbərliyi ilə danışıqları yoluna qoymaq idi.